“Huawei Mate 30” smartfonu Avropa bazarında satışa çıxmaya bilər

“Huawei Mate 30” smartfonu Avropa bazarında satışa çıxmaya bilər

Artıq 1 saatdan sonra Huawei şirkəti yeni Mate 30 flaqman smartfon seriyasını təqdim edəcək. Lakin kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən bu seriyaya daxil olacaq smartfonlar Almaniyada satışa çıxsalar da Mərkəzi Avropa bazarında satışa çıxmayacaqlar. Belə ki, Letsgodigital saytının bir neçə mənbəsinin verdiyi məlumata əsasən Mate 30, Mate 30 Pro və Mate 30 Lite smartfon modelləri Mərkəzi Avropada satışa çıxmayacaqlar. Bütün məsələ isə ABŞ sanksiyaları səbəbilə sözügedən smartfonların Google servislərinə sahib olmayacaqlarındadır.

Çinli istifadəçilər üçün bu o qədər də böyük problem deyil. Lakin qlobal bazarda olan istifadəçilər üçün bu, mənfi cəhətdir. Daha öncədən məlumat verilmişdi ki, şirkət öz yeni smartfonlarında açıq mənbəli koda sahib Android versiyasından istifadə edəcək və bu halda istifadəçilər lazımi tətbiqləri özləri yükləməli olacaqlar. Lakin görünür, bu proses də qəlizləşib. Buna görə də Avropa bazarında smartfonların satışları ləğv edilə bilər. Məlumatda qeyd edilib ki, yeni Mate 30 seriyasının bir sıra Avropa ölkələrində satışa çıxması üçün kiçik bir şans var. Hər halda az sonra baş tutacaq təqdimat tədbirində hər şey məlum olacaq. / Technote.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR