Hüquq müdafiəçisindən uşaq pulunun bərpası ilə bağlı maraqlı təklif

Hüquq müdafiəçisindən uşaq pulunun bərpası ilə bağlı maraqlı təklif

"Ünvanlı Dövlət Sosial Yardımı ləğv olunmalıdır".

Ekonews xəbər verir ki, bu sözləri Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Hüquq müdafiəçisi uşaq pullarının verilməsi ilə bağlı təklif irəli sürüb. Sahib Məmmədov uşaq pulu mövzususunun gündəmdə qaldığını qeyd edib:

"Amma uşaq pulu verilsin təklifini səsləndirənlərin 90%-i söhbətin nədən getdiyini bilmir. Bu məsələ ilə bağlı təkliflərimi hazırlayıb hökumətə təqdim etməyi planlaşdırıram. 

1. Uşaq pulu deyilən müavinətin dünya praktikasında onlarla növü var. Uşaq doğulana qədər və sonra;
2. Birdəfəlik, aylıq və s.;
3. Ünvanlı və ya ünvansız;
3. Bu müavinət növünə ailə müavinəti də deyilir.

Biz uşaq puluna ailə müavinəti kimi baxsaq (Başqa yolu da yoxdur. Uşağa verilən müavinəti gətirib uşağın bələyinə qoymurlar, valideyninə verirlər), onda bizdə ailə müavinəti növü 2006-cı ildən ünvanlı olaraq tətbiq olunur. Söhbət Ünvanlı Dövlət Sosial Yardımından gedir. Bizdə "uşaq müavinəti" ünvanısz verilə bilməz. Səbəbi sadədir. Ünvansız olaraq o ölkələr verir ki, əhali artımı mənfi tempə malikdir. Azərbaycanda əhali artımı dünyada ən yüksək yerlərdədir. Hər 1000 nəfərə 8,3 nəfər (müqayisə üçün Rusiyada 0, Macarıstanda -7). Deməli uşaq pulu deyilən müavinət ünvanlı olmalıdır. Ünvanlıdırsa, deməli paralel iki ünvanlı ailə müavinətinin olması məntiqszdir. Belədə ÜDSY ləğv olunmalıdır".

Sahib Məmmədovun fikrincə, ÜDSY ləğv olunsa, onda yalnız uşağı olanlar ünvanlı yardım ala biləcək: 

"Bu halda uşaq pulu adlanan aylıq müavinət ÜDSY çərçivəsində verilməlidir. ÜSDY alan ailələrdəki müəyyən olunmuş yaşdan aşağı uşaqlara görə, ÜSDY-ə müəyyən olunmuş miqdarda əlavələr edilir. "ÜDSY+ müavinət". Məsələn ailədə 8 yaşına çatmayan 3 uşaq var. Hər biri üçün ÜDSY-yə 50 manat artırılır. Məsələn, ÜDSY+150 manat. Məbləğ büdcə imkanından asılı olaraq daha artıq ola bilər".

Bahar Rüstəmli

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR