I rübdə Azərbaycanda 3,6 mlrd. kubmetr qaz istehlak edilib

I rübdə Azərbaycanda 3,6 mlrd. kubmetr qaz istehlak edilib

Bu ilin I rübündə Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 8,3 mlrd. kubmetr təşkil edib.

EkoNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 72,4%-i hasilatın, 27,6%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Belə ki, I rübdə qaz hasilatının həcmi 6,01 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,29 mlrd. kubmetr olub.

Ehtiyatların 43,7%-i və yaxud 3,627 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.

Bu ilin I rübündə ümumi ehtiyatın 41,5%-i, yaxud 3,444 mlrd. kubmetri ixraca yönəldilib.

Hesabat dövründə 4,8%, yaxud da 398 mln. kubmetr itki olub, 10% və ya 830 mln. kubmetr 2019-cu ilin aprelin 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR