İlin əvvəlindən bəri Venesuelada inflyasiya 2674%-ə çatıb

İlin əvvəlindən bəri Venesuelada inflyasiya 2674%-ə çatıb

Bu ilin yanvar-avqust aylarında Venesuelada inflyasiya səviyyəsi 2674% -ə çatıb.

Belə bir məlumatı cümə axşamı Milli Assambleyanın maliyyə məsələləri üzrə daimi Komitəsinin üzvü Anhel Alvarado açıqlayıb. Qanunverici orqana prezident Nikolas Maduro hökumətinin siyasi rəqibləri nəzarət edir.

"Hiperinflyasiya davam edir”, - Alvarado öz "Twitter” səhifəsində belə yazıb: "Avqust ayında inflyasiya 65,2%, ilin birinci yarısında iqtisadi aktivlik 42,6% azalıb”.

İllik baxımdan qiymət artımı 135.000%-i aşıb. Alvaradonun sözlərinə görə, hazırda 40 min bolivara ($ 1.7) bərabər olan minimum əmək haqqı üçün bir ay ərzində lazımi məhsul dəstinin yalnız 2%-ni almaq mümkündür.

Venesuela son illərdə milli valyutanın devalvasiyası ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır. BMT-nin hesablamalarına görə, artıq 4 milyondan çox insan ölkəni tərk edib.
 
Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR