Çin mayninq güclərini Azərbaycana daşımaq istəyir

Çin mayninq güclərini Azərbaycana daşımaq istəyir

Çindəki əsas maynerlər böyük mayninq güclərinin MDB-yə daşınması üzrə ötən ildən bəri beş ölkə - Azərbaycan, Gürcüstan, Qırğız Respublikası, Özbəkistan və Tacikistan hökumətlərinin nümayəndələri ilə intensiv danışıqlar aparırlar.

EkoNews "Report"-a istinadən xəbər verir ki, bu barədə "Sigmapool" mayninq puluna məxsus olan Sinqapurun "Sibhash" şirkətinin həmsahibi və prezidenti Rüstam Hikmətulloyev bildirib.

Danışıqların detalları açıqlanmır.

"Sibhash"ın həmsahibi deyib ki, bir ildən az müddətdə "bitcoin halving" prosesi (kriptovalyuta şəbəkəsində yaradılan hər bloka görə mükafatın azalması) baş verəcək və 12,5-dən 6,25 bitkoinədək azalcaq. Bununla belə, investorun təxminlərinə görə, bitkoinin dövriyyəyə buraxılması 2140 ilə qədər davam edəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR