Çin Trampın Hong-Kongda insan haqları qanununu imzalamasına sərt reaksiya verdi

Çin Trampın Hong-Kongda insan haqları qanununu imzalamasına sərt reaksiya verdi

Çin Xarici İşlər Nazirliyi, ABŞ prezidenti Donald Trampın Hong-Kongda demokratiya və insan haqları haqqında qanunun imzalanmasına sərt reaksiya verib.

ÇXR-in Xarici İşlər Nazirliyinin açıqlamasında sənədin imzalanmasının Çin və Hong-Kongun daxili işlərinə ciddi müdaxilə olduğu bildirilib. Bundan əlavə, Çin bunu beynəlxalq hüquq və beynəlxalq münasibətlərin normalarının pozulması və "üstüaçıq hegemonluq” kimi qiymətləndirir.

"Çin hökuməti və xalqı etiraz edir”, – sənəddə deyilir.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Hon-Kongda insan haqlarına dair yeni qanun layihəsinə imza atmışdır, qanun ABŞ Konqresi tərəfindən dəstəklənib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR