İnvestorların qızıla tələbatı artıb

İnvestorların qızıla tələbatı artıb

Bu ilin III rübündə dünyada investisiya aləti kimi qızıla tələbat 3% artaraq 2 855 tona çatıb. 

EkoNews xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb. 

Məlumata görə, illik müqayisədə isə investorların bu qiymətli metala tələbatı, təxminən, 10% artıb. Paralel olaraq son 1 ildə dünyadakı mərkəzi bankların qızıl ehtiyatlarının həcmi 38% azalaraq 156 tona düşüb. 

Hesabat dövründə zərgərlik məmulatlarının hazırlanması əsasında formalaşan qızıla tələbat isə 16% azalaraq 461 ton təşkil edib. 

Xatırladaq ki, qızıl ehtiyatlarının həcminə görə ilk 3-lükdə ABŞ (8 136 ton), Almaniya (3 667 ton) və Beynəlxaq Valyuta Fondu( 2 814 ton) qərarlaşıb./"Report" 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR