"iPhone 11" bu dizayn ilə buraxılacaq

"Apple"ın sentyabr ayında tanıdacağı gözlənilən "iPhone 11" modelinin dizaynı ilə bağlı məlumatlar ortaya çıxıb.

Smartfonlar üçün örtük istehsal edən məşhur şirkət "Ghostek" modelin dizaynının hazır olduğunu və örtük istehsalına başlanıldığını deyib. 

Şirkətin hazırladığı örtüklərdən məlum olur ki, "iPhone 11" 3 arxa kameraya malik olacaq və ekranı "iPhone XS" modelində olduğu kimi 5,8 düym böyüklükdə buraxılacaq. Həmçinin, "Ghostek"in paylaşdığı məlumatlara görə, təqdim olunacaq "iPhone" 3 fərqli modeldən ibarət olacaq: "iPhone XI" (iPhone 11), "iPhone XI Max" (iPhone 11 Max), "iPhone XIR" (iPhone 11 R).
 
Finans

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR