iPhone 11 seriyası ilə gələn vacib tətbiq

iPhone 11 seriyası ilə gələn vacib tətbiq

Apple şirkəti olduqca vacib tətbiq hazırlayıb.
 
EkoNews xəbər verir ki, bu tətbiqlə şirkət saxta ehtiyyat hissələrinin istifadəsini azaltmağı planlaşdırır.

Məlumdur ki, hazırda telefonların ekranı zədələndikdə yenilənməsi böyük maliyyə tələb edir. Buna görə də, istifadəçilər saxta məhsullardan istifadə edir ki, bu da cihazın bəzi özəlliklərinin itirilməsinə səbəb olur.

Apple-ın yeni tətbiqi də məhz belə halların qarşısını almaq üçün hazırlanıb. Cihazda saxta ehtiyat hissəsi istifadə etdildikdə və ya orijinal Apple servislərinə müraciət olunmadıqda ekrana xəbərdarlıq bildirişi çıxır.

İFixit-dən verilən açıqlamaya görə, hər hansı iPhone 11 seriyasından olan cihaza saxta ekran yerləşdirildiyi zaman istifadəçi 4 gün boyunca ekranın saxta olduğu ilə bağlı xəbərdar edilir. Eyni zamanda bir iPhone 11 cihazına başqa iPhone 11 cihazının ekranını yerləşdirdikdə də tətbiq xəbərdarlıq mesajını ekrana çıxarır.

Xatırladaq ki, tətbiq yeni iPhone 11 seriyası ilə birgə təqdim edilib.
 
Fins

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR