İri dövlət şirkətlərinə dair vahid məlumat bazası yaradılır –

İri dövlət şirkətlərinə dair vahid məlumat bazası yaradılır – "ASAN Xidmət"ə yeni tapşırıq

Azərbaycanda "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sistemi yaradılacaq. Bu haqda məlumatlar Nazirlər Kabinetinin təsdiq etdiyi "İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nda əksini tapıb.

Qərara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə isə "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin "Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR