İstanbulda güclü zəlzələ: dağıntı var (FOTO/VİDEO)

İstanbulda güclü zəlzələ: dağıntı var (FOTO/VİDEO)

İstanbulda baş verən güclü zəlzələ kiçik dağıntıya səbəb olub.
EkoNews CNNTürk-ə istinadən xəbər verir ki, Avcılarda yerləşən məscidin minarəsinin bir parçası çöküb. 

Polis və fövqəladə hallar xidmətinə çoxsaylı müracəiətlərin daxil olduğu bildirilir. Məktəblərdə tətil elan edilib.

***
İstanbulda baş verən zəlzələ sakinləri vahiməyə salıb.

Sakinlər küçələrə çıxıb, məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. 

Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib. Dağıntılar barədə məlumat verilməyib.

***
 
Türkiyənin İstanbul şəhərində 5,9 bal gücündə yeraltı təkan qeydə alınıb.
Türkiyə KİV-inə istinadən xəbər verir ki, zəlzələnin episentri Silivri ərazisində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən günlərdə İstanbulda bir neçə güclü təkan baş verib. /Qaynarinfo

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR