Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən EkoNews -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
A.Cavadovun "BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.