Kəlbəcərə yeni icra başçısı təyin edildi (SƏRƏNCAM)

Kəlbəcərə yeni icra başçısı təyin edildi (SƏRƏNCAM)

Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

EkoNews-un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, bundan əvvəl Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov olub. O, bu il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.

Prezident İlham Əliyevin martın 9-da imzaladığlı sərəncamla Aqil Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR