“Kətə” festivalına start verilib

“Kətə” festivalına start verilib

"Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Kətə” festivalına start verilib.

Festivalda muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunur. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər.

İndiyədək keçirilən "Plov”, "Naxçıvan çörəkləri”, "Arıçılıq məhsulları – bal”, "Göycə” və digər festivallar məhz qədim diyarımızın zəngin süfrə ənənələrini özündə əks etdirməklə yanaşı, həm də bu tədbirlərə kütləvi marağın olması ilə diqqət çəkib

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR