“Khazar”3000 avtomobil istehsal edəcək - AÇIQLAMA

“Khazar”3000 avtomobil istehsal edəcək - AÇIQLAMA

Bu il "Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur.

Bunu "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.

"Zavodda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub və satılıb. Avtomobillərin 25-30 faizinin kreditlə, qalanının isə nağd şəkildə satışı həyata keçirilib”, - deyə o əlavə edib.
 
Emin Axundov bildirib ki, Cari ildə "Khazar” avtomobilləri Ukraynaya ixrac olunacaq.

İlkin olaraq 300 avtomobilin ixracının nəzərdə tutulduğunu bildirib: "İxraca cari ilin ortalarında başlanacaq. Ötən ildə istehsal olunan "Khazar” avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb”. //AzərTac

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR