“Khazar”da 1000 ədəd “Peugeot” istehsalı gözlənilir

“Khazar”da 1000 ədəd “Peugeot” istehsalı gözlənilir

Neftçala Sənaye Məhəlləsində "Azərmaş” ASC və "Iran Khodro” şirkətinin birgə yaratdığı "Khazar” avtomobil zavodunda mart ayında 1000 ədəd "Peugeot” markalı avtomobilin istehsal edilməsi nəzərdə tutulur.

"Iran Khodro”nun Asiya və MDB ölkələri üzrə şöbə müdiri Səbinə Nubari şirkətin mühəndislərinin yeni və müasir standartlara cavab verən layihələr hazırladığını deyib: "Həmin layihələr üzrə istehsal ediləcək avtomobillər daha əlverişli və komfortlu olacaq”.

Qeyd edək ki, hazırda "Khazar” zavodunda "Runna”, "Samand”, "Soren”, "Dena” markalı avtomobillər yığılır. //AzərTac

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR