Könül Nurullayeva: “Tibbi sənayenin inkişafı virusla mübarizədə effektivliyi daha da artırır”

Könül Nurullayeva: “Tibbi sənayenin inkişafı virusla mübarizədə effektivliyi daha da artırır”

"Azərbaycanda tibbi sənayenin inkişafı, bu sahəni qısa müddətdə dövlət maraqlarına uyğun şəkildə təşkil etmək pandemiya dövrünün əsas tələblərindən biridir. Bu, ölkəmizdə həyata keçirilən pandemiya siyasətinin əsas tərkib hissəsi kimi virusla mübarizədə effektivliyi daha da artırır".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat xatırladıb ki, Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq, 150 milyon manat ehtiyatda saxlanılır:

"Eyni zamanda, yeni tibbi müəssisələrin fəaliyyəti əhalinin sağlamlığının təmin olunması baxımından çox vacibdir. Belə müəssisələrin işə düşməsi həm də yeni iş yerləridir ki, bu da məşğulluğun əhatə dairəsinin genişlənməsinə xidmət edir. Cənab Prezidentin də söylədiyi kimi, təbii ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq da mümkün olmazdı. Digər tərəfdən, belə mürəkkəb şəraitdə lazım olan vasitələrin alınması istiqamətində də dövlət bütün imkanlarını səfərbər edib. Bu, bir daha onu göstərir ki, Azərbayacanda ən ali məqsəd vətəndaşların sağlamlığını qorumaq və onların rifah halını yaxşılaşdırmaqdır. Bu işdə dövlət intensiv şəkildə zəruri tədbirlər həyata keçirir. Eyni zamanda özəl sektorun nümayəndələrinin, ictimai təşkilatların fəallığı da təqdirəlayiq haldır. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməliyik. Yüksək keyfiyyətli müayinələrin təşkili, laboratoriyaların ən müasir cihazlarla təmin olunması, sosial təminatı aşağı olan ailələrə yardımların edilməsi bu prosesə əlavə töhfə verir. Ümumiyyətlə, pandemiya dövründə sırf əhaliyə sosial dəstək məqsədilə 3,5 milyard manat vəsaitin ayrılması, eləcə də həyata keçirilən ardıcıl sosial tədbirlər bir daha təsdiqləyir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaş və onun maraqları dayanır".

K.Nurullayevanın sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsində sərgilədiyi nümunəvi yanaşma, ölkəmizin irəli sürdüyü qlobal həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə də təqdir olunur:

"Dövlətimizin bu uğurlarının davamlılığı isə həm də vətəndaşlardan asılıdır. Çünki virusla ən effektiv mübarizə karantin qaydalarına əməl etmək, vəziyyətin nəzarətdən çıxmaması istiqamətində vətəndaş məsuliyyətini artırmaqdır".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR