“KOB könüllüləri” sahibkarları məlumatlandırdı

“KOB könüllüləri” sahibkarları məlumatlandırdı

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB könüllüləri” Qəbələ rayonunun Vəndam qəsəbəsində mikro və kiçik sahibkarları, fermerləri Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər barədə məlumatlandırıb.

KOBİA-dan EkoNews-a verilən məlumata görə, ictimai-iaşə obyektləri, tikiş sexləri, mebel və inşaat materialları mağazalarında, fərdi təsərrüfatlarda olan "KOB könüllüləri” sahibkarları biznesin qurulması və inkişafı, hüquq və mənafelərinin müdafiəsi, özünüməşğulluq proqramına qoşulmaq kimi məsələlərlə bağlı Qəbələ-Oğuz "KOB Dostu”na müraciət edə biləcəkləri barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər paylayıblar.

Bildirilib ki, Agentliyin digər şəhər və rayonlarında fəaliyyət göstərən "KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması məqsədilə belə görüşlər iyul-avqust ayları ərzində davam etdiriləcək. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR