KOBİA sahibkarların daxili bazar araşdırmaları aparması üçün görüləcək işləri açıqladı

KOBİA sahibkarların daxili bazar araşdırmaları aparması üçün görüləcək işləri açıqladı

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Prezident İlham Əliyevin təsdiqlədiyi "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası" çərçivəsində görüləcək işləri açıqlayıb.

EkoNews "Report”a istinadən xəbər verir ki, bu barədə KOBİA-nın sədri Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, daxili bazar tendensiyalarının iqtisadi, siyasi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif təlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur: "Agentlik sözügedən fərmanın icrası istiqamətində təhsil sektorunda fəaliyyət göstərən özəl qurumlarla əməkdaşlıq edə bilər”.

O.Məmmədov qeyd edib ki, bütün bu məsələlər KOB subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası xüsusi önəm kəsb etməkdədir: "Düşünürəm ki, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən KOB subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə bu gün keçirilən "Təhsil Biznesi Forumu: Mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş fəaliyyət platforması yaradacaq. Əminəm ki, qeyd edilən istiqamətlərdə birgə səylərimiz sahibkarlığın davamlı inkişafının təmin edilməsi vasitəsilə Prezidentin iqtisadi islahatlar kursuna öz əhəmiyyətli töhvəsini verəcək”. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR