Kredit borcu olanlar üçün təqdim edilən güzəşt paketi o deməkdir ki... (ŞƏRH)

Kredit borcu olanlar üçün təqdim edilən güzəşt paketi o deməkdir ki... (ŞƏRH)

"Sentyabra kimi bütün növ kredit faizlərinin hesablanması dondurulmalıydı".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın krediti borcu olanlar üçün təqdim etdiyi güzəşt paketindən danışarkən deyib. 

Onun sözlərinə görə, istehlak kreditləri ilə bağlı verilmiş qərar adekvat deyil:

"Mərkəzi Bank problemlərin dərinliyini hələ ölçə bilməyib. Çünki verilmiş qərardan əldə olunan nəticə odur ki, istehlak kredtləri ilə bağlı sentyabrın 30-nə kimi faiz ödənişlərinin geçikdirilməsinə hesablanan cərimə tutulmayacaq. Bundan başqa güzəşt yoxdur. Çox təəssüf. İpoteka kreditləri ilə bağlı da eyni yanaşmadır. Sentyabra kimi kredtlərin ödənişlərinə heç bir cərimə tutulmayacaq. İpoteka kreditləri ilə bağlı yeganə üstün cəhət odur ki, biznes şərtləri ilə verilmiş ipoteka kreditlərin təminantın 50%-ni dövlət sığortalaya bilər. Bunun üçün də yenidən müqavilələrin bağlanmasına ehtiyac yaranacaq". 

Natiq Cəfərlinin fikirincə, Mərkəzi Bank tərəfindən təklif edilən məsələlər böhranın reallığını əks etdirmir:

"Təəssüf ki, Mərkəzi Bank hansı səviyyədə böhranın yarandığını ölçməyib. Gözləmə mövqeyi tutub ki, bir müddət sonra problem artdıqça ona adekvat reaksiya versin. Məncə, bu, səhv yoldur. Sadə qərarların verilməsinə ehtiyac vardı. Düşünürlər ki, sentyabr ayında iqtisadiyyat işə düşə bilər. Sentyabra kimi bütün növ kredit faizlərinin hesablanması dondurulmalıydı. Banklar geçikmə pulu götürür, indi sadəcə onları ləvg ediblər. Bu, doğru yanaşma deyil. Banklara dəymiş ziyanı isə onları ilin sonuna kimi kömək məqsədi ilə vergidən azad etmək olardı. Bu yetərli olmayacaqdısa, banklar üçün bir illik, yəni ilk 6 ay üçün 0%, növbəti 6 ay üçün isə 3%-lik Mərkəzi Bank tərəfindən kredit xətti açıla bilərdi. Banklar da öz problemlərini bu yolla həll edərdilər".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə koronavirus pandemiyasına görə bank sektorunda bəzi güzəştlərə icazə verilib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR