Krım bu il rekord sayda qonaq qəbul etdi

Krım bu il rekord sayda qonaq qəbul etdi

"SSRİ dövründən sonra Krım yarımadasını bu il ilk dəfə rekord sayda- 7 milyondan çox turist ziyarət edib". 
 
EkoNews xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Krımdakı daimi nümayəndəsi və Krım Baş Nazirinin müavini Georgi Muradov deyib.

Rusiya mətbuatına açıqlama verən Georgi Muradov bildirib ki, Krım turizm və tətil baxımından Rusiyanın Krasnodardan sonra ən çox ziyarət edilən ikinci regionudur və bu il ora gələn turistlərin sayı 7 milyonu keçib.
 
O, qoyulan heç bir sanksiyaya baxmayaraq yarımadanın amerikalılar və avropalılar daxil olmaqla ziyarətçilər arasında getdikcə populyarlaşdığını bildirib.
 
Qeyd edək ki, 2020-ci ildə bura ziyarət edən turistlərin sayının 8 milyonu keçəcəyi praqnozlaşdırılır.
 
Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR