Öldürən ləzzət: Mövsümündə olmayan qarpız-yemişin satışına niyə icazə verilir?

Öldürən ləzzət: Mövsümündə olmayan qarpız-yemişin satışına niyə icazə verilir?

Qarpız, yemişin mövsümü iyulun sonu, avqust ayları hesab edilsə də, bu meyvələr aprel ayından bəri satışdadır. Üstəlik, qiymət elə də baha olmadığından əhali onlardan gündəlik olaraq istifadə edir.
Bəs mövsümündə yeyilməyən bu cür meyvələr insan sağlamlığına hansı fəsadları verə bilər?

EkoNews xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla  bu barədə "Yeni Sabaha”a bildirib ki, son illərdə insanların qida tərzi dəyişilib:

 "Süni iqlim şəraitində meyvə-tərəvəzin yetişdirilməsi məsələsi aktual mövzudur. İnsanların qida tərzi xeyli dəyişib. Bir tərəfdən genetik modifikasiya olunmuş ərzaqlar, digər tərəfdən vaxtından əvvəl süni mühitdə yetişdirilən ərzaqlar və keyfiyyət parametrlərin ölçülərinin dəyişməsi - bütün bunlar əlbəttə, ekoloji baxımdan təsir edir, həm də insanları yavaş-yavaş dəyişdirir”.

Ekspert hər meyvənin öz vaxtında yeyilməsini məsləhət görüb:

"İmkan daxilində yerli məhsullara müraciət edilsin. Amma burada nəfs məsələsi var.  Bu da bizim reallığımız və həyat tərzimizə çevrilib. Təbliğatın bu məsələdə önəmi yüksəkdir.  Qida Təhlükəsizliyi Agentliyi də məsələ ilə bağlı maarifləndirmə işləri apara bilər”.

Onun sözlərinə görə, ölkəyə bu cür ərzaqların daxil olmasının səbəbi korporativ maraqlardır:

"İstənilən ölkədə ərzaq təhlükəsizliyi milli təklükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Bu problemlə bağlı həm bu məhsulları ölkəyə idxal edənlər, həm qida təhlükəsizliyinə məsul olan şəxslər, həm də istehlakçılar məsuliyyət daşıyır”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR