Ləğv edilmiş dövlət qurumunun büdcə vəsaitlərini səmərəsiz xərclədiyi bilindi

Ləğv edilmiş dövlət qurumunun büdcə vəsaitlərini səmərəsiz xərclədiyi bilindi

Prezident İlham Əliyevin bu il yanvarın 14-də imzaladığı "Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) büdcə vəsaitlərini səmərəsiz xərclədiyi üzə çıxıb. 

EkoNews xəbər verir ki, bu barədə "Report"a qurumdakı mənbə bildirib. 

Onun sözlərinə görə, bu, Agentlikdə aparılmış audit yoxlaması və əmlakın qiymətləndirilməsi zamanı məlum olub. 

Qeyd edək ki, AREA-nın əməkdaşlarının Energetika Nazirliyində işlə təmin edilməsi nəzərdə tutulur. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR