Ölkəyə gələn turistlərin sayı 10% artıb

Ölkəyə gələn turistlərin sayı 10% artıb

Ötən il Azərbaycana 2,8 milyon turist səfər edib. Bu ilin 9 ayında isə turistlərin sayı keçən ilə nisbətən 10 faiz artıb. Ümid edirik ki, ilin sonunadək bu artım davam edəcək və 2019-cu ilin yekununda Azərbaycanı ziyarət edən turistlərin sayında artım müşahidə olunacaq.

EkoNews xəbər verir ki, bu barədə Şəki Destinasiya Menecmenti Təşkilatının təqdimat mərasimində iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid jurnalistlərə müsahibəsində deyib.

Eləcə də bax: Bakı turizm baxımından - TBİLİSİNİ ÜSTƏLƏYİB VƏ XEYLİ İRƏLİDƏDİR

Hazırda Şəki və Qubada Destinasiya Menecmenti Təşkilatının ofisinin olduğunu bildirən Turizm Bürosunun rəsmisi qeyd edib ki, Şəki ofisinin açılmasının əsas səbəblərindən biri də Balakəndən Şəkiyə qədər olan ərazinin Azərbaycanın turizm cəhətdən seçilən zonalarından olmasıdır. Eyni zamanda, bu zona Azərbaycanla Gürcüstanı birləşdirən turizm dəhlizinin üzərində yerləşir.

F.Zenqstşmid deyib: "Destinasiya Menecmenti Təşkilatının əsas vəzifəsi Azərbaycanın bir turizm destinasiyası kimi təbliğatı və təşviqindən ibarət olsa da, digər bir vəzifəsi də özəl, ictimai və icma sektoru ilə birlikdə turizm nümayəndələri arasında əlaqənin yaradılmasıdır. Ümid edirik ki, bu ofis müvafiq regionun ortaya çıxmayan, bənzəri olmayan turizm potensialını qaldıracaq və onun bir turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaq”.

Gəncə və Lənkəranda da Destinasiya Menecmenti Təşkilatının ofislərinin açılacağını vurğulayan Florian Zenqstşmid bildirib ki, Bakı paytaxt olduğundan çoxlu sayda turistə xidmət təklif etmək iqtidarındadır. Regionlarla əməkdaşlıq edilərsə, turizm sektorunda daha yüksək nəticələrə nail olmaq mümkündür.

Azərtac

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR