Londonda ənənəvi Beynəlxalq Neft Həftəsi başlayıb

Londonda ənənəvi Beynəlxalq Neft Həftəsi başlayıb

Fevralın 26-da Londonda ənənəvi Beynəlxalq Neft Həftəsi (IPWEEK) başlayıb.

Tədbirin açılışında BP qrupunun baş icraçı direktoru Robert Dadli, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco” baş icraçı direktoru Amin Al Nasser və başqalarının çıxışları dinlənilib.

IPWEEK-də dünyanın enerji və neft-qaz nəhəngləri - "Royal Dutch Shell”, "Equinor”, "ExxonMobil”, "Petronas”, "CNPC”, "Total”, "Cheniere”, "Vitol”, "Rystad” şirkətlərinin, Beynəlxalq Enerji Agentliyi (IEA) və digər əlaqədar təşkilatların nümayəndələri iştirak edir. Fevralın 28-dək davam edəcək Beynəlxalq Neft Həftəsi çərçivəsində müxtəlif sessiyalar keçiriləcək. //AzərTac

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR