Ölümündən sonra ən çox qazanan məşhurlar açıqlandı

Ölümündən sonra ən çox qazanan məşhurlar açıqlandı

"Forbes” jurnalı vəfat etdikdən sonra qazanmağa davam edən məşhurların yeni siyahısını hazırlayıb.
 
EkoNews-un "Qafqazinfo”-ya istinadən məlumatına görə, həmin siyahıda artıq yeddi ildir ki, birinci yeri müğənni Maykl Cekson tutur.

Vəfat etdiyi il (2009) pop musiqisinin kralı 60 milyon dollar qazanmışdı. Onun mahnılarının dinlənmə sayı da artıb – 2019-cu ildə ABŞ-da 2,1 milyard, 2018-ci ildə isə 1,8 milyard.

İkinci yerdə 39 milyon dollarla Elvis Presli, üçüncü yerdə isə 38 milyon dollar gəlirlə rəssam Çarlz Şults qərarlaşıb.

İlk beşlikdə, həmçinin, "MasterCard” və "Rolex”lə əməkdaşlığı əsasında qazanan qolfçu Arnold Palmer və adı altında qulaqcıq, dinamik və pleyerlər satılan müğənni Bob Marli yer alıb.  

"Beatles”in üzvü Con Lennon 14 milyon dollar gəlirlə yeddinci yerdə qalıb. Onun ardınca 1 milyon fərqlə Merilin Monro gəlir. Daha bir "bitl” Cordc Harrison 9 milyon dollar gəlirlə 13-cü yerdə qərarlaşıb.

Dinlənilmə sayına görə bütün vəfat edən məşhurları qabaqlayan isə 2018-ci ildə dünyasını dəyişən reper XXXTentation olub. 11-ci yeri tutan reperin qazancı 10 milyon dollar olub. Təkcə ABŞ-da Cesey Onfroyun (əsl adı) 5,6 milyard dəfə dinlənilib.

Materialda qeyd edilir ki, 2019-cu ilin reytinqdə yer alan 13 iştirakçıdan 9-u musiqiçidir. Ötən il onların sayı altı idi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR