Macarıstan şirkəti Azərbaycanda tərəfdaş axtarır
25 Oktyabr, 11:26   |    Baxış sayı: 118

Macarıstan şirkəti Azərbaycanda tərəfdaş axtarır

Macarıstanın beton boruların və panellərin istehsalı ilə məşğul olan "AGM Beton" şirkəti Azərbaycanda potensial tərəfdaşlarla işgüzar əlaqələr qurmaq niyyətindədir.

Bu barədə EkoNews-a İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. 

Məlumata görə, həmin məhsullar əsasən mülki mühəndislik inşaat işləri, kanalizasiya, tullantı sularının təmizbnməsi, çaysahili ərazilərdə yeraltı suların içməli suya çevrilməsi, su qüllələri və telekommunikasiyada ötürücü qüllələrin tikintisi, su anbarları, çoxfunksiyalı böyük zalların quraşdırılması (məsələn, idman sektorunda) və digər sahələrdə istifadə olunur.

Şirkət Macarıstan və digər Şərqi Avropa ölkələrində bir sıra layihələr həyata keçirib.