Mall-larda tualetlərin bağlanması və kodlaşdırılması doğrudurmu? (AÇIQLAMA)

Mall-larda tualetlərin bağlanması və kodlaşdırılması doğrudurmu? (AÇIQLAMA)

"Biz tualetlərin qapısını heç kimin üzünə bağlamırıq. Heç bir mall-da, heç bir tualet heç kimin üzünə bağlanmır". 

EkoNews xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında son günlər Bakı ərazisində yerləşən iri ticarət mərkəzlərinin tualetlərindən istifadənin həmin mərkəzdən alış-veriş etdiyin çekinin kodu oxutmaqla mümkün olduğu ilə bağlı məlumatlara aydınlıq gətirərkən "Paşa İnşaat Ticarət Mərkəzləri Qrup"nun marketinq departamentinin rəhbəri Nuranə İsgəndərova deyib.

"Burda söhbət "28 Mall"dan gedir. Ticarət mərkəzinin 5-ci mərtəbəsində "Cinema Plus" fəaliyyət göstərir. "Cinema Plus"un ərazinsində cəmi bir tualet var. Bu deyilən məsələ həmin tualetə aiddir. Hələ keçən ildən bu məsələ var idi. Əgər siz "Cinema Plus” ərazisində tualetə getmək istəyirsinizsə, biletin üzərində olan kodu yığıb tualetdən istifadə edə bilərsiniz. Mən özüm də bunu dəfələrlə görüb təəccüblənmişəm". 

Amma mall ərazisində (bura gündə 40 min adam gəlir) belə bir məsələ yoxdur. "28 Mall” ərazisindəki bütün tualetlər hazırda pulsuz fəaliyyət göstərir.
 
"Hə, ola bilər ki, xüsusi məhdudiyyətli insanlar və uşaqlar üçün nəzərdə tutulan tualetlərin qapısı bağlı olsun, bunun da səbəbi həmin tualetlərə kənar şəxslərin girib çirkləndirməsi ilə əlaqəlidir. Ancaq tualetin içində hər zaman bir təmizlik personalı olur. O personala müraciət edəndə uşaqlı analar, məhdudiyyətli şəxslər üçün olan tualetin qapısını açır və həmin şəxslər ordan istifadə edir. Amma ümumi tualetlər var ki, ayaqyolu-kabinələr həmişə hamının üzünə açıq olub. Yəni ticarət mərkəzində tualetin bağlanılması ağlasığmaz məsələdir.

Çox təəccüblənirəm ki, bu günlərdə məsələni bir sıra məşhur adamlar dəqiqliyini yoxlamamış, mall-a getməmiş lazımsız dərəcədə ictimailəşdiriblər”.

Qeyd edək ki, sosial şəbəkələrdə alış-veriş mərkəzlərində tualetlərdən yalnız alış-veriş etmiş şəxslərin istifadə etməsiylə bağlı məlumat yayılıb.
 
Günay İlqarqızı

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR