Manatın məzənnəsi necə olacaq və Rüstəmovun “B” planı nədir? (EKSPERT)

Manatın məzənnəsi necə olacaq və Rüstəmovun “B” planı nədir? (EKSPERT)

"Azərbaycanda "B” planı adı arxasında bir kəmərsıxma siyasəti yürüdüləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqrisadçı ekspert Natiq Cəfərli Milli Bankın sədri Elman Rüstəmovun dolların taleyi ilə hökumətin "B" planı var” açıqlamasını şərh edərkən deyib.
 
O, qeyd edib ki, büdcə xərcləmələrində müəyyən azalmaların olması ehtimalı böyükdür:  
 


"Təəssüf ki, Elman Rüstəmov "B” planının nədən ibarət olduğunu özü açıqlamadı. O, "B” planının aşağı qiymətlərə hazırlıqla əlaqəli olduğunu söylədi. Azərbaycan 30-35 dollar neft qiymətlərinə hazırlaşıb, bu "B” planıdır və onu işə salıb. Yaxşı olardı ki, Elman Rüstəmov daha geniş açıqlama verəydi.
 
Azərbaycanda "B” planı adı arxasında bir kəmərsıxma siyasəti yürüdüləcək. Bundan əlavə büdcə xərcləmələrində müəyyən azalmaların olması ehtimalı böyükdür. Eyni zamanda manatla bağlı gözləmə mövqeyi tutacaqlar ki, həmən qərar verilməsin. Yəqin ki, hardasa bir neçə həftə gözləmə mövqeyi olacaq. Əgər qiymətlər indiki səviyyədə qalsa, yaxud da bir az da aşağı ensə, aprelin əvvəllərində manatla bağlı müəyyən addımlar atılacaq. Çünki qonşu ölkələrdə də milli valyutalar dəyərdən düşüb, bu da manata olan basqıları daha da artırır”.
 


Natiq Cəfərli qeyd edib ki, Novruz bayramından əvvəl məzənnə ilə bağlı hər hansı dəyişiklik olacağını düşünmürəm: 

"Çünki bayramdan öncə qiymətlərin qalxması müşahidə olunur. Amma bayramdan sonra mütləq manatla bağlı addımlar atılacaq və məzənnə ilə bağlı müəyyən qərarlar veriləcək”.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı barədə əhali arasında yaranan ajortajla bağlı açıqlama verib. Məsələ ilə bağlı Milli Bankın "B” planı olduğunu açıqlayan sədr "Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Bu gün də iclas davam etdiriləcək. Mən əhalini təmkinli olmağa çağırıram", - deyə bildirib.  

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR