“Mançester Yunayted” klubun borcu 450 milyon avroya yüksəlib

“Mançester Yunayted” klubun borcu 450 milyon avroya yüksəlib

İngiltərənin "Mançester Yunayted” klubu maliyyə problemi ilə üzləşib.

"Qırmızı şeytanlar”ın borcu ötən mövsümlə müqayisədə 163 milyon avro artıb. Beləliklə, klubun borcu 450 milyon avroya yüksəlib.

Əsas səbəb kimi komandanın UEFA Çempionlar Liqasından kənarda qalması göstərilir.

Klubun 2020-ci il üçün gəlirinin 734 milyon avrodan 650 – 680 milyon avroya düşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, "Mançester Yunayted” Premyer Liqada geridə qalan 12 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR