“Marja.az” fəaliyyətini dayandırır

“Marja.az” fəaliyyətini dayandırır

Marja.az iqtisadi xəbərlər saytı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. 

Ekonews xəbər verir ki, bu barədə məlumatı saytın rəhbəri Seymur Yunusov yayıb. 

Bildirib ki, xəstəliyi səbəbindən jurnalist kimi fəaliyyət göstərə bilmir: 

"Təəssüf ki, çox ciddi xəstəliyimlə əlaqədar saytın fəaliyyətini dayandırmaq qərarı verdim. İşçilərin hesabına saytın fəaliyyətinin davam etdirilməsinə çox çalışdım, lakin istədiyim səviyyə alınmadı. Operativlik, fərqlilik itirdi, müştərilər ilə əlaqələr pisləşirdi. Saytın sahibi olmaqla bərabər ona redaktorluq edirdim, xəbərlərin yayımlanıb-yayımlanmamasına qərar verirdim. Bu, çox məsuliyyətli məsələdir, bunu işçilərin ixtiyarına buraxmaq olmaz. Xəstəlik həm jurnalistlik, həm də redaktorluq fəaliyyətimə aman vermir”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR