Masazır - Memar Əcəmi xəttində 20 yeni avtobus istifadəyə veriləcək

Masazır - Memar Əcəmi xəttində 20 yeni avtobus istifadəyə veriləcək

525 saylı marşrut xətti üzrə 20 yeni avtobus xəttə buraxılacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksiylə əlaqələndirən 569, Xırdalan şəhəriylə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) daşıyıcı qarşısında tələb qoyub:

"Buna  uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşrut xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq”.

525 saylı marşrut xətti  Masazır qəsəbəsi, Qurtuluş yaşayış kompleksindən Memar Əcəmi metrostansiyasına xidmət göstərir. /Modern

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR