Maşın bazarında alıcı qıtlığı - Qiymətlər əl yandırır (VİDEO)

Maşın bazarında alıcı qıtlığı - Qiymətlər əl yandırır (VİDEO)

Azərbaycanda avtomobil bazarındakı dürğunluq davam edir.

"Report"un ötən bazar paytaxtın Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub ki, qiymətlərin baha olması və alıcı sayının ötən illərlə müqayisədə az olması satışların kəskin azalmasına gətirib çıxarıb.

Alıcı qıtlığının əsas səbəbi kimi qiymətlərin baha olması qeyd edilir. Baxmayaraq ki, son bir ayda bir qədər ucuzlaşma olub, lakin bütövlükdə qiymətlərlə bağlı ümumi mənzərə ürəkaçan sayılmır. Bu baxımdan alıcılar çox vaxt büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

Satıcıların dediyinə görə, qiyməti 9-10 min manatdan yuxarı olan "inomarkalar" var ki, aylardır bazara çıxarılmasına baxmayaraq, hələ də satılmayıb. Hazırda satışda olan avtomobillərin əksəriyyəti isə qış aylarından bazara çıxarılanlardır.

Satıcılara görə, əsas təlabat Rusiya istehsalı olan maşınlara və qiyməti 6-8 min arasında dəyişən "inomarka"laradır. Benzin mühərrikli avtomobillərə nisbətən dizel yanacağı ilə çalışan avtomobillər daha tez satılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR