Maşınına 3 ton artıq yük vuran azərbaycanlı saxlanıldı - Almaniyada

Maşınına 3 ton artıq yük vuran azərbaycanlı saxlanıldı - Almaniyada

Almaniyanın Bavariya vilayətinin Mindelhaym şəhərində artıq yüklə içkili halda hərəkət edən pikap avtomobilinin sürücüsü saxlanılıb.

EkoNews "Report"a istinadən xəbər verir ki, yol polisləri maşına icazə verilən 3,5 ton əvəzinə 3 ton artıq yük götürüldüyü qənaətinə gəliblər. Bundan başqa sürücünün normadan bir qədər az - 0,4 faiz alkoqollu olduğu müəyyənləşib.

O da məlum olub ki, sürücü əslən azərbaycanlıdır. Lakin həmin şəxsin adı açıqlanmır. Sürücü gözlənilən cəriməyədək 500 avro girov qoyub. Avtomobil isə artıq yüklənməsi səbəbindən dayandırlıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR