Meksikada 26 milyon dollarlıq qızıl külçələr oğurlandı

Meksikada 26 milyon dollarlıq qızıl külçələr oğurlandı

Meksikada quldurlar yük maşınına hücum edərək 26 milyon dollar dəyərində qızıl külçələri oğurlayıblar.

EkoNews "Report”a istinadən xəbər verir ki, bu barədə "El Debate” nəşri məlumat yayıb.

İnsident Sonora əyalətində baş verib. Belə ki, bir qrup silahlı şəxs "Noche Buena” mədən şirkətinə məxsus yük maşınına hücum edib və nəqliyyat vasitəsində olan 47 qızıl külçəni oğurlayıb.

Cinayətkarlar mühafizəçiləri yük avtomobilindən çıxararaq tərksilah edib döyüblər. 

Hazırda oğurlanan qızıl külçələrin bazar dəyəri təxminən 524 milyon peso (26 milyon dollar) edir. 

Qeyd edək ki, Meksikada son bir ildə rekord sayda cinayət törədilib ki, nəticədə 20 mindən çox insan həyatını itirib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR