“Meqa Sığorta”nın yığımları 3 milyon manatdan çox azalıb

“Meqa Sığorta”nın yığımları 3 milyon manatdan çox azalıb

"Meqa Sığorta”nın topladığı sığorta haqları son bir ildə 3 milyon  484 min manat və ya  17,26% azalıb.
EkoNews Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin 8 ayında şirkətin topldığı sığorta haqları 16 milyon 701 min manat olub. Lakin ötən ilin 8 ayında bu rəqəmlər 20 milyon 185 min manat təşkil edib.

Ödənişlərə gəlincə isə ötən ilin 8 ayında 2 milyon 211 min manat sığorta ödənişi edən şirkət, bu ilin həmin dövründə 14% daha çox ödəniş edib. Belə ki, bu il şirkət 2 milyon 521 min manat sığorta ödənişi edib.

Ümumilikdə isə "Meqa Sığorta”nın ödənişlərinin yığıma nisbəti 15,1% təşkil edib

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR