Mərkəzi Bankın notlarına tələb təklifi - 3 dəfə üstələyib

Mərkəzi Bankın notlarına tələb təklifi - 3 dəfə üstələyib

2 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102476S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
EkoNews xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515 milyon 93 min 200 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  170 milyon manat təşkil etmişdir. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR