Məşhur restoran müştəriləri aldadır (ŞİKAYƏT)

Məşhur restoran müştəriləri aldadır (ŞİKAYƏT)

Bakıda Nizami küçəsində yerləşən "Dubai Bistro” restoranından şikayət var.


Bu barədə EkoNews-a restoranın müştərilərindən biri məlumat verib.

 

Onun sözlərinə görə, restoran menyuda fərqli qiymət yazır, müştəriyə fərqli qiymət təklif edir:

 

"Bir neçə gün əvvəl "Dubai Bistro" restoranının qarşısından keçirdik. Restoranda canlı musiqi olduğunu gördük, biraz çöldə dayanıb dinlədik. Daha sonra bir şeylər içmək üçün restorana daxil olduq. Ofisanta başqa dostumuzun gələcəyini və sifarişi o zaman verəcəyimizi dedik. Dostumuz gələn zaman kofe sifariş etdik. Ofisant bizə bir masada 3 nəfərin oturub bir kofe sifariş etməyinə müdiriyyətin icazə vermədiyini dedi. Menyuya baxıb 15 manata olduğu yazılan çay dəzgahını sifariş etdik. Bizə 15 manata çay dəzgahlarının olmadıqlarını dedilər. "Bəs menyudaki nədir?" soruşanda isə orada ləbləbi və digər şeylərin daxil olmadığını dedilər. Bizə fərq etmədiyini, 15 manatlıq dəzgahı gətirməklərini istədik, elə dəzgahlarının olmadığını və gətirə bilməyəcəklərini bildirdilər”.


Məsələ ilə bağlı restoranla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.


Nigar

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR