Metroda texniki problem yaranıb

Metroda texniki problem yaranıb

Bu gün "Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın qapısında texniki problem yaranıb. 

EkoNews xəbər verir ki, bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, problem səbəbindən qatarların hərəkətində 5 dəqiqə yubanma olub:
"Maşinist problemi aradan qaldırıb və qatar yola düşüb. Ümumən xəttə 5 dəqiqəyə qədər ləngiməyə yol verilib".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR