“Microsoft” da bükülən smartfon təqdim etdi - Fotolar

“Microsoft” da bükülən smartfon təqdim etdi - Fotolar

"Microsoft” yeni bükülən "Surface Duo” smartfonunun təqdimatını keçirib.

EkoNews Yenisabah-a istinadla xəbər verir ki, samrtfon "Android" əməliyyat sistemi üçün nəzərdə tutulan hər biri 5,6 düyüm diaqonallı iki ekrana malikdir. Onu açılmış vəziyyətdə 8,3 düyüm diaqonallı ekranlı planşet kimi də istifadə etmək olar.

Hər iki ekran eyni zamanda ayrı-ayrı əlavələri əks etdirə bilir. Ekranların biri virtual klaviatura və yaxud coystik kimi də istifadə oluna bilir.

"Surface Duo” gələn il satışa çıxarılacaq. 

Xatırladaq ki, bundan öncə də "Samsung" şirkəti bükülən smartfon istehsal etmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR