MİDA 8 şirkəti yaşayış kompleksinin tikintisinə cəlb edib

MİDA 8 şirkəti yaşayış kompleksinin tikintisinə cəlb edib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA” MMC Bakının Yasamal rayonunda çoxmənzilli yaşayış kompleksinin tikintisi çərçivəsində 8 şirkəti podrat işlərinə cəlb edib.

Bu barədə EkoNews-a MİDA-dan məlumat verilir.

"Seçim açıq tender metodu ilə 7 lot üzrə həyata keçirilib. Tender təkliflərinin qiymətləndirmələrinə əsasən, 8 şirkət seçilib. Həmin şirkətlərə yeddi 9 mərtəbəli və doqquz 12 mərtəbəli bina, uşaq bağçası, otrta məktəbin ytikintisi, ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsinə dair podta müqavilələri bağlanıb”, – MİDA-dan qeyd ediblər.

Agentliyin məlumatına görə, "Torma” və "NN Group” şirkətlıər konsorsiumu 1 nömrəli 9 mərtəbəli 2 bloklu, 2 nömrəli 9 mərtəbəli 2 bloklu və 3 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, "Chinar İnşaat” və "Caspian Service” 4 nömrəli 9 mərtəbəli 2 bloklu, 5 nömrəli 9 mərtəbəli 2 bloklu və 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, "HN Construction” 17, 18, 19 və 20 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının və 100 yerlik uşaq bağçasının tikintisi üzrə podratçı olublar.

"NN Group” 1200 şagird yerlik tam orta məktəb binasının tikintisini, "Hüner İnşaat” 21 nömrəli 12 mərtəbəli 1 bloklu, 22 nömrəli 9 mərtəbəli 2 bloklu və 23 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisini, "Faktor Group-S” şirkəti 24 nömrəli 12 mərtəbəli 1 bloklu, 25 nömrəli 9 mərtəbəli 2 bloklu və 26 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisini həyata keçirəcək.

"Körpü-Bina-Tikinti” QSC ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi işlərini həyata keçirəcək.

Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 24-də Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin təməli qoyulub.

Ümumi sahəsi 15 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli bina olacaq.

Bundan əlavə, kompleksin ərazisində 1200 yerlik orta ümumtəhsil məktəbi və uşaq bağçası da tikiləcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR