Milli Məclis əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişikliyi müzakirə edir

Milli Məclis əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişikliyi müzakirə edir

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsi "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini müzakirəyə çıxarıb.

EkoNews "Report”a istinadən xəbər verir ki, dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR