"Minecraft" oyunçu sayına görə rekord qırır

2011-ci ilin noyabr ayında buraxılan "Minecraft" oyunu oyunçu sayı ilə rekord qırır.

EkoNews xəbər verir ki, oyunu oynayanların sayı aylıq 112 milyona çatıb. Bu barədə "Microsoft"da "Minecraft"a rəhbərlik edən Helen Çenq "Business Insider"ə verdiyi açıqlamada deyib. Bununla da "Minecraft" istifadəçi sayına görə bazardakı digər oyunları geridə qoyur.

Qeyd edək ki, "Minecraft" 17 Sentyabr 2014-cü ildə 2,5 milyard dollara "Microsoft"a satılıb. / Finans.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR