Müştəri ‘Günay Sığorta’nın işindən narazıdır: “Cibinizə heyfiniz gəlsin”

Müştəri ‘Günay Sığorta’nın işindən narazıdır: “Cibinizə heyfiniz gəlsin”

"Rent a car” şirkətini işlədən qəzaya düşən müştərilər ilə bağlı sığorta şirkətinin onlara təklif etdiyi pulun miqdarından şikayətçidir. 

EkoNews xəbər verir ki, "Rent a car” ( nəqliyyat kirayəsi) şirkətini işlədən Haldun Novruzzadə adlı şəxs "Günay Sığorta” şirkəti tərəfindən avtomobilə dəyən zərərin düzgün hesablanmadığını deyib.

Şikayətçi bildirir ki, ilk öncələr maşınları "Günay Sığorta”da Kasko edilirdi. 20.06.2019-cu ildə qeyd etdiyimiz "Kia Sportage” markalı avtomobili müştəridə qəzaya düşüb. Avtomobili "Günay Sığorta”da Mİ0010/19 nömrəli şəhadətnamə ilə 20.000 manatlıq full kaskosu olduğu halda 2 ay gözləyəndən sonra Kasko 8 000 manat təmir haqqı çıxartdıb. "Halbuki özümüz cibimizdən pul verib rəsmi yerdə qiymətləndirdik maşına ən azı 13 500-14 000 azn pul çıxartdılar”, – deyə H.Novruzzadə qeyd edir.

Şikayətçi deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edib, onların təyin etdiyi ekspertlə "Günay Sığorta” razı olmayıb və onların tələblərini yerinə yetirməyib: "Hal hazırda işi məhkəməyə göndəririk. "Sizə məsləhətim Günay Sığortada heç vaxt avtomobilinizi sığorta elətdirməyin, cibinizə heyfiniz gəlsin”, – deyə şikayətçi bildirib. /Banker.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR