Naxçıvanda qızıl axtarışına başlandı - RƏSMİ AÇIQLAMA

Naxçıvanda qızıl axtarışına başlandı - RƏSMİ AÇIQLAMA

Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti Naxçıvan Muxtar Respublikasında $1,84 ümumi dəyərində geoloji kəşfiyyat işləri proqramının reallaşdırılmasına başlayıb.

"NMR-da Ordubad müqavilə zonasının mineral potensialını nəzərə alaraq, $1,84 dəyərində geoloji kəşfiyyat proqramı tərtib etdik. Proqram çərçivəısində tədqiqatlara artıq başlanılıb”, - məlumatda qeyd olunur.

Şirkətin məlumatına görə, proqrama geoloji kəşfiyyat və texnolohji hesabatların əldə olunması, həmçinin gələcək istehsal potensiallarının qiymətləndirilməsi məqsədilə digər məşhur metalların axtarışına yönələn geoloji səhra işləri və digər tədqiqatlar daxildir.

Həmçinin məlumatda qeyd olunur ki, 2018-ci ildə Ordubad müqavilə zonasından tədqiqat üçün torpaq nümunələri götürülüb. Nəticələr 2019-cu ilin ikinci rübündə əldə olunacaq.

"Ordubadda geoloji kəşfiyyat işlərinin reallaşdırılması qızıl, bürünc və gümüş hasilatı üzrə layihələr portfelimizin bir hissəsidir və bizə ümumi ehtiyatlarımızın artırılması üçün mühüm potensial verir”, - məlumatda şirkətin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.

"Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında "Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında "Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə "Uğur” yatağının işlənməsinə başlayıb. //Fed.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR