Nazirlik əməkdaşı həbs edildi

Nazirlik əməkdaşı həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nicat Nifdalıyevin barəsində cinayət işi başlanıb.

Ekonews demokrat.az-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ziya Şirinovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR