Nazirlik rəsmisi aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkdiyimizi deyib

Nazirlik rəsmisi aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkdiyimizi deyib

"Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) aqrar sahə üzrə kadr çatışmazlığından əziyyət çəkir”.

EkoNews "Report"a istinadən xəbər verir ki, bunu açıqlmasında qurumun sədr müavini Yaqub Cəfərov bildirib.

"Bu, bütün ölkədə problemdir. SSEİ dağıldıqdan sonra kənd təsərrüfatı üzrə ixtisaslara yiyələnmək istəyən gənclərin sayı azalıb. Gənclər aqronom, baytar, mexanizator, aqrar iqtisadçı kimi ixtisaslara daha az üz tuturlar. Hazırda kimyaçıları, bioloqları aqrar sahəyə cəlb edirik. Onların təkrar hazırlığı ilə məşğul olaraq, özümüz üçün lazımı kadrlar hazırlayırıq”, – deyə nazirlik rəsmisi qeyd edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR