Nazirlikdən şübhəli siyahıyla bağlı açıqlama: 190 manat alanların adları... (FOTOLAR)

Nazirlikdən şübhəli siyahıyla bağlı açıqlama: 190 manat alanların adları... (FOTOLAR)

"600 min nəfərlik siyahıda soyad, ad və ata adı təkrarlanan bir neçə vətəndaşın olması təəccüblü deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı iqtisadçı alim Qubad İbadoğlunun birdəfəlik ödəmə üzrə 190 manat alanların siyahısında şübhə doğuran məqamlarla bağlı araşdırmasını şərh edərkən deyib. 

Onun sözlərinə görə, ölkəmizdə ad, soyad, ata adı eyni olan vətəndaşların sayı az deyil:

"Bunu fərqləndirmək üçün nazirlik bu siyahıya hər bir vətəndaşın FİN kodunun ilk 3 simvolunu əlavə edib. Söhbət burada 600 min birdəfəlik ödəməni alan şəxsdən gedir. Bu cür şübhə doğurmaya yönələn ittihamlar süni ajortaj yaratmaqdan və birdəfəlik ödəmə proqramın icrasını kölkə altına salmaq cəhdindən başqa bir şey deyil”.

Qeyd edək ki, iqtisadçı alim Qubad İbadoğlu Əmək və Əhalinin Sosial Müavinət Nazirliyinin 190 manat birdəfəlik yardım verilən 600 min vətəndaşın siyahısında şübhə doğuran məqamların olduğunu deyib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR