NBC Bank Koronavirusla  Mübarizəyə Dəstək Fonduna 100 min manat bağışladı

NBC Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat bağışladı

NBC Bank sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. 

Ekonews xəbər verir ki, holdinq və bank hər biri Fondun hesabına virusla mübarizə məqsədilə 100 min manat məbləğində ianə köçürülməsinə qərar verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Dünən oronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb.

Prezident İlham Əliyev bir illik maaşını Fonda ianə edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR