“NBC Bank”ın mənfəəti 10 dəfə azalıb

“NBC Bank”ın mənfəəti 10 dəfə azalıb

"NBC Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 293,711 milyon manat təşkil edib.

EkoNews bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 22,4% çoxdur.

"NBC Bank”ın aktivlərinin 213,645 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,6% böyüyüb.

Hesabat dövründə "NBC Bank”ın cəmi öhdəlikləri 29,8% artaraq 235,378 milyon manata, o cümlədən depozit portfeli 31,1% artaraq 111,783 milyon manata çatıb, cəmi kapitalı isə 0,5% azalaraq 58,332 milyon manata düşüb.

Bu ilin yanvar-iyun aylarında "NBC Bank”ın gəlirləri 10,929 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 9,8% çox), xərcləri 11,351 milyon manat (38,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 606 min manat (5,6 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 185 min manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 90,1% və yaxud, təxminən, 10 dəfə azdır.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 mln. manatdır. Bankın səhmlərinin 65,91%-i Bankın daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, daha 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur. / "Report"

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR